
Hybrid Solutions® Pro Graphene Infused FLEX Wax
38.00 AZN
45.00 AZNÖlçü: 680ml
Flex Wax indiyə qədər yaratdığımız ən universal qoruyucu spreyimizdir. Quru və ya nəm səthə tətbiq edərək sadəcə cilalayın və silin, yaxud daha uzunmüddətli nəticə üçün su ilə yuyaraq aktivləşdirin. Nəticədə boyanı UV şüalarından qoruyan, kimyəvi dayanıqlı, super hidrofobik və ləkə yaradan çirkləri itələyən qoruyucu qat əldə edirsiniz.
Məhsul təkərlər, xarici şüşələr, rezin və plastik səthlərdə də istifadə oluna bilər. Peşəkar təmizləmə və cilalanmadan sonra mövcud qoruyucu qat və ya mumun üzərinə tətbiq edildikdə, onun təsirini və davamlılığını əhəmiyyətli dərəcədə artırır. Mikrofibra dəsmal üzərində bərkimir və istifadə zamanı iz buraxmır.
İstifadə Qaydası
A. Əsas qoruyucu qat
1. Uzunmüddətli nəticə üçün məhsulu quru panel üzərinə 2 dəfə püskürdün.
2. Quru mikrofibranı qatlayaraq məhsulu səthə bərabər şəkildə yayın.
3. Təmiz bir mikrofibra ilə səthi silin.
4. Örtüyün tam bərkiməsi üçün 24 saat ərzində avtomobili yumayın.
5. Boyanın əvvəlcədən hazırlanması, hava şəraiti və mütəmadi qulluq qoruyucu qatın davamlılığına birbaşa təsir edir.
B. Mütəmadi qulluq
1. Avtomobili yuyub yaxaladıqdan sonra nəm panelə 2 dəfə püskürdün.
2. Tətbiq etdiyiniz bütün səthləri dəsmal ilə qurulayın.
3. Alternativ üsul: tavandan başlayaraq məhsulu yüksək təzyiqli su ilə panel boyunca yayın və yuyun, sonra suyu dəsmal ilə qurudun.
4. Səthdə qalan izləri aradan qaldırmaq üçün nəm mikrofibra istifadə edin.
Hybrid Solutions® Pro Graphene Infused FLEX Wax
İstifadə təlimatları və nümayişlər
