Turtle Wax logo
← Ana səhifəyə qayıt
Super Hard Shell Finish Paste Wax

Super Hard Shell Finish Soft Paste Wax

30.00 AZN

Ölçü: 397g

İndi al

Turtle Wax Super Hard Shell — atalarımızın illərdir istifadə etdiyi, əfsanəvi avtomobil mumu. 60 ildən artıqdır ki, sürücülər bu sərt mumun parlaq görünüş və uzunmüddətli qoruma təmin etdiyinə inanırlar.

Xrom, baza qat və lak qatlı boyalar üçün uyğundur və hər istifadədə stabil nəticə verir. Çox asan şəkildə sürtülür və təmizlənir — sadəcə plastik və rezin hissələrdən uzaq tutun.

Bu mum yalnız avtomobildə deyil, evdə də istifadə olunur: хром məişət avadanlıqlarının cilalanması və duş kabinası şüşələrində su itələyici qat yaratmaq üçün ideal seçimdir.

İstifadə qaydası

1. Avtomobili yaxşıca yuyun və tam quruduğundan əmin olun.

2. Təmiz və quru mikrofiber aplikatora az miqdarda mum çəkin. İşə qapı paneli və ya kapot kimi kiçik bir sahədən başlayın.

3. Mumu dairəvi və üst-üstə düşən hərəkətlərlə nazik və bərabər qat şəklində tətbiq edin.

4. Məhsul quruyub tutqun, dumanlı görünüş alana qədər gözləyin.

5. Təmiz, quru mikrofiber parça ilə səthi cilalayın, parlaq və hamar görünüş əldə edənədək davam edin.1