
Hot Wax
12.00 AZN
Ölçü: 500ml
HƏR YUYULMADAN SONRA 4 HƏFTƏYƏDƏK QORUMA
Hot Wax – eyni zamanda dərin təmizlik, parıltı və boya səthinin 4 həftəyədək qorunmasını təmin edən kombinə edilmiş şampun və cilalama məhsuludur.
Güclü, köpüksüz emulqatorlar hətta ən inadkar kir və qurumuş benzin-yağ qatlarını belə asanlıqla təmizləyir. Hot Wax tərkibində bol miqdarda olan vosk və polimerlər isə Turtle Wax məhsullarına xas olan misilsiz parıltı bəxş edir.
Yüksək yuyucu qabiliyyəti və qoruyucu xüsusiyyətləri sayəsində məhsul xüsusilə qış mövsümündə – adi politurların tətbiqi çətin olduğu soyuq havalarda – əvəzolunmazdır.
Turtle Wax-dan məsləhət:
Qeyd: Əllər və süngər güclü şəkildə çirklənə bilər – bu, məhsulun yüksək təmizləmə qabiliyyətinin göstəricisidir. Sonrakı istifadələrdən əvvəl süngəri paltaryuma tozu ilə yaxşıca yuyun. Kузovu yuduqdan sonra şüşələri xüsusilə diqqətlə yaxalayın və qurudun.
İstifadə qaydası
Çətin ləkələrin, qatranın çıxarılması və su çatışmazlığı olan hallarda: 1. Səthi boş kirdən su ilə yuyun. 2. Az miqdarda məhsulu süngərin üzərinə tökün. 3. Dairəvi hərəkətlərlə kuzovu təmizləyin, lazım gəldikdə süngəri isti suda yaxalayın. 4. Kuzovu təmiz su ilə yaxalayın və zamşa dəsmal ilə qurudun.
Adi şəraitdə, o cümlədən qış vaxtı istifadə üçün: 1. Səthi boş kirdən yuyun. 2. 4 qapaq (qışda 6 qapaq) məhsulu 8–10 litrlik vedrəyə tökün və isti və ya ilıq su ilə doldurun. 3. Süngər vasitəsilə kuzovu yuyun. 4. Kuzovu təmiz su ilə yaxalayın və zamşa dəsmal ilə qurudun.
Hot Wax
İstifadə təlimatları və nümayişlər
