
M.A.X. Power Car Wash
35.00 AZN
40.00 AZNÖlçü: 4L
M.A.X. Power Turtle Wax Car Wash avtomobil şampunu – üç intensivlik səviyyəsinə malik güclü yuyucu vasitədir. Şampun müxtəlif dərəcədə su ilə qarışdırıldıqda onun qələviliyi (pH) dəyişir və bu, müxtəlif növ çirklənmələrə uyğunlaşmağa imkan verir.
Bir şampun – bütün işlər üçün!
Yüngül yuma – tətbiq olunmuş vosk və digər qoruyucu örtükləri zədələmədən avtomobili incə şəkildə təmizləyir, eyni zamanda yağlı layları, piy, toz və digər yüngül çirklənmələri aradan qaldırır.
Aqressiv yuma – orta səviyyədə su ilə durulaşdırıldıqda qurumuş duz izlərini, həşərat ləkələrini və digər çətin çirklənmələri effektiv şəkildə təmizləyir.
Ekstremal yuma – qatran, bitum və asfalt qalıqları, silikonlar və kuzova hopmuş digər çətin ləkələr ilə mübarizə aparır və səthi mum tətbiqi üçün mükəmməl şəkildə hazırlayır.
İstifadə Qaydası
1. Təmizləmə ehtiyacına uyğun olaraq 100 – 300 ml avtoşampunu 8–12 litrlik vedrəyə əlavə edin.
2. Güclü su axını ilə vedrəni doldurun, qalın köpük vedrənin kənarınadək qalxsın.
3. Avtomobili yuxarıdan aşağıya doğru çiləyərək boş kir və tozu yuyun.
4. Yuma əlcəyini köpüyə batırın və avtomobili yuxarıdan aşağıya doğru yuyun.
5. Bol su ilə yaxalayın.
6. Su ləkələrinin qarşısını almaq üçün avtomobili dəsmal ilə qurudun.
M.A.X. Power Car Wash
İstifadə təlimatları və nümayişlər
