
Hybrid Solutions® Streak-Free Mist Car Glass Cleaner Inside & Out
25.00 AZN
30.00 AZNÖlçü: Flairosol 591ml
Turtle Wax-in Ar-Ge laboratoriyaları bir daha sübut edir ki, hətta adi şüşə təmizləyici üçün belə yenilik etmək mümkündür. Hybrid Solutions Streak-Free Mist Glass Cleaner Inside & Out o qədər güclü təmizləmə təsirinə malikdir ki, avtomobil şüşələrinin xarici hissəsindəki böcək izlərini və quş nəcisini asanlıqla təmizlədiyi kimi, daxili səthlərdəki toz, barmaq izləri və ləkələri də problemsiz aradan qaldırır.
Yenilik yalnız formulda deyil. Bu məhsul Flairosol texnologiyasından istifadə edən xüsusi bir püskürdücü ilə təqdim olunur. Bu texnologiya sayəsində təmizləyici məhlul aerosol qazları olmadan səthə bərabər şəkildə yayılır. Tətiyə qısa toxunuşla güclü bir təmizləyici püskürür, tətiyi sıxılı vəziyyətdə saxladıqda isə daha geniş və davamlı duman effekti yaradır.
Hybrid Solutions Streak-Free Mist Glass Cleaner Inside & Out — Turtle Wax-in həm funksionallıq, həm də innovasiyanı birləşdirərək yaratdığı mükəmməl şüşə təmizləyicisidir. Nəticə: həm içəridə, həm də çöldə kristal kimi şəffaf və təmiz şüşə səthlər!
İstifadə qaydası
1. Məhsulu yaxşıca çalxalayın.
2. Püskürdücünü şüşəyə yönəldin. Qısa tətiq basışı ilə az miqdarda, tətiqi basılı saxlayaraq isə geniş sahəyə bərabər duman şəklində məhsul tətbiq edin.
3. Mikrofiber dəsmalı dörd yerə qatlayın və məhsulu, eləcə də barmaq izləri və çirkləri səthdən təmizləyin. Bir çox mütəxəssis əvvəlcə şüşənin kənarlarını silərək “təmiz çərçivə” yaratmağı tövsiyə edir, sonra isə bu çərçivədən mərkəzə doğru silməyi.
4. Eyni addımları bütün daxili şüşələr, güzgülər və multimedia ekranları üçün təkrarlayın. Sonda xarici şüşələri təmizləyin.
Hybrid Solutions® Streak-Free Mist Car Glass Cleaner Inside & Out
İstifadə təlimatları və nümayişlər
