Burada Siz məhsullarla bağlı faydalı məlumatlar tapa biləcəksiniz

Wax it Wet - Avtomobilinizə mum örtüyü təmin etməyin ən sürətli və sadə yolu!

Wax it Wet® xüsusi formulası ilə avtomobilinizə qurulama zamanı ani hamar və parlaq görünüş bəxş edir. Avtomobilin səthindəki əksər cızıqlar qurulama zamanı əmələ gəlir. Wat it Wet-in tərkibindəki super nəmləndirici və lubrikant polimerlər məhsulun səthə asanlıqla yayılmasını təmin edir və ipək sayağı hamarlıq bəxş edir.

Suyu itələyici və anti-UV xüsusiyyətləri ilə avtomobilinizə tətbiq etdiyiniz qoruyucuları tamamlayır və parlaqlığını artırır. İstifadə qaydası:

  • 1. Turtle Wax şampunu ilə avtomobilinizi yuyun və nəm saxlayın.
  • 2. Məhsulu yaxşı çalxalayın.
  • 3. Hər panelin üzərinə məhsulu püskürdün. Hər panelə yalnız bir neçə dəfə püskürtmək kifayət edir.
  • 4. Məhsulu yaymaq və artıq qalan suyu silmək üçün ceyran dərisi və ya mikrofibra ilə silin. Qalan nəm təbii olaraq buxarlanacaq və panel quru qalacaq.

Optimal nəticə üçün, istifadə etdiyiniz ceyran dərisini və ya mikrofibra dəsmalını hər paneldən sonra yaxalayın və sıxın. Əgər avtomobilin səthi qaynardırsa, istifadə etməyin.

Wax it Wet
Wax it Wet

Turtle Wax Fresh Shine

Turtle Wax Fresh Shine seriyası avtomobilin salonuna premium ətir yayan, parlaqlığı tənzimlənə bilən plastik qoruyucusudur. 4 məhsulu birdən əldə etmiş olursunuz: parıldadıcı, qoruyucu, pis qoxuları yox edən və təravətləndirici.

  • - Avtomobilin salonundaki plastik səthlərin parıltısını tez və asanlıqla bərpa edir;
  • - UV şüalardan qoruyaraq plastik səthlərin solmasının, qurumasının və çatlamasının qarşısını alır.
  • - 8 günədək təravətlik bəxş edir.
  • - Uzun müddətli anti-statik effekt sayəsində toz və kiri uzaq tutur.

İstifadə qaydası:

  • 1. İstifadə etməzdən əvvəl qabı çalxalayın.
  • 2. Ən azı 15 sm məsafədən səthə bərabər şəkildə püskürtün.
  • 3. 30 saniyə gözlədikdən sonra, mikrofibra ilə sürtün.

Məhsulu istifadə etdikdən sonra parıltını azaltmaq istəyirsinizsə, nəm dəsmal ilə silin. Havalandırma sisteminə və şüşələrə püskürtməyin. İstifadə zamanı pəncərələri açıq saxlayın.

Luxe Leather

Salonunuzdaki dəri səthlər parıldayırsa, deməli təmizlik vaxtıdır. Yağ və kir dəriyə hopduqda parıltılı görünüşə səbəb olur. Bundan əlavə, gün işığı düşən hissələr quruyaraq çatlamağa başlayırlar. Bu isə o deməkdir ki, salonunuzun qidalandırıcı və yumşaldıcıya ehtiyacı var. Turtle Wax Luxe Leather Cleaner and Condtioner dəri, vinil və rezin tipli səthləri bir addımda təmizləmək, qidalandırmaq və qorumaq üçün vasitədir. Hopucu formulası səthə bərabər şəkildə yayılır və tərkibindəki yumşaldıcı inqredientlər günəşin şüalarına məruz qalmış dərinin yumşaqlığını və hamar toxunuşunu bərpa edir. Kakao yağı, Vitamin E və Aloe Vera dərini qidalandıraraq və yumşaldaraq gələcək çatların qarşısını alır. Turtle Wax #LuxeLeather Cleaner and Condtioner neytral pH formulası sayəsində təbii dəri görünüşünü saxlamaq üçün davamlı olaraq istifadə oluna bilər. Asan tətbiq olunan formula hamar, ipəksayağı və təbii toxunuş bəxş edir. Qətiyyən yapışqan iz buraxmır.

İstifadə qaydası:

  • 1. Məhsulu yaxşıca çalxalayın.
  • 2. İstifadədən əvvəl mütləq gözə çarpmayan bir yerdə məhsulu test edin. Bəzi səthlərin boyası dayanıqlı olmaya bilər.
  • 3. Təmiz və yumşaq dəsmalın üzərinə məhsuldan tökün və dairəvi hərəkətlərlə məhsulu səthə tətbiq edin. 1-2 dəqiqə gözləyin.
  • 4. Sonda təmiz dəsmal ilə yüngülcə sürtün.

Məsləhət: Yalnız emal olunmuş dəri səthlər üçündür. Dəri geyim və ya ayaqqabılar üçün nəzərdə tutulmayıb. Zamşa, nubuk və ya alkantara üzərində istifadə etməyin. Çox kirlənmiş səthləri əvvəlcə nəm dəsmal ilə silin.

Wax it Wet