Turtle Wax Hybrid Solutions Wash & Wax avtomobilin bütün xarici səthləri və keramika tətbiq olunmuş səthləri üzərində istifadə oluna bilən balanslaşdırılmış pH formulalı premium avto şampundur.

Bir istifadədən sonra maksimum hidrofob effekt yaradır və digər Hybrid Solutions məhsulları ilə birgə istifadə zamanı keramikanın qoruyucu xüsusiyyətini gücləndirir. Yüksək lubrikant tərkibli formulası kirləri səthdən qopararaq cızıqsız yuyulma təmin edir.

Tropik ətri sayəsində avtomobilinizin yuyulması prosesindən zövq alacaqsınız.

    İstifadə qaydası:

  • 1. Flakonu başı aşağı tutaraq, sonra geri qaytararaq məhlulu qarışdırın
  • 2. Aşağıdakı proporsiyaları tətbiq edərək məhlulu su ilə qarışdırın:
  • A. Sıradan yuyulma üçün 1 litr suya 1 qapaq Wash & Wax əlavə edin.
  • B. Mum və ya digər örtük öncəsi avtomobili yumaq üçün 1 vedrə suya 30 ml Wash & Wax əlavə edin.
  • 3. Avtomobilin səthindəki kirləri yumaq üçün və səthi soyutmaq üçün güclü su axını tətbiq edin.
  • 4. Yuxarıdan aşağıya doğru avtomobili mikrofibra əlcək ilə yuyun. Əlcəklə məhlulu qarışdırın və kirlərin üzərinə çəkərək avtomobili şampunlayın. Qurumağa qoymayın. Bir dəfəyə bir paneli şampunlayın, sonra zərif su axını ilə yuyun və su damcılarının muncuq kimi axdığını müşahidə edin. Təkrar şampunlama əlavə parıltı və qorunma bəxş edəcək.
  • 5. Yaxalama üçün son bir dəfə avtomobilin üzərinə suyu axıdın və suyun səthdən necə çəkildiyini müşahidə edin. Ehtiyac olarsa dəsmal ilə qurulayın.
  • Hybrid Solutions Spray coating, Hybrid Solutions ceramic polish & Wax və ya digər mum və örtüklərin üzərindən və ya altından tətbiq oluna bilər.
Ceramic Wash and Wax
HS W&W
AZN 45.00
500 ml
Sifariş