Turtle Wax Zip Wash & Wax dünyanın ən populyar avtoşampun və mum məhsuludur.

Unikal və tez işləyən formulası ilə Turtle Wax Zip Wash & Wax dərindən təmizləyir, parlaqlıq verir və qoruyur. Zəngin və dəbdəbəli köpüyü ləkə, yağ və yol kirlərini yumşaqlıqla aparır və avtomobilinizə parlaq və təmiz görünüş bəxş edir.

Qoruyucu xüsusiyyətə malik Karnauba mumu sayəsində avtomobilinizə suyu itələyən örtük və qüsursuz parıltı təmin edir və növbəti yuyulmayadək avtomobilinizin səthini qoruyur.

Maksimal rahatlıq və qənaət üçün Turtle Wax Zip Wash & Wax superkonsentrat formulaya malikdir və yalnız 1 (bir) qapaq məhlul mükəmməl nəticə əldə etməyə kifayət edir.

- Asanlıqla çətin ləkələri və kirləri aparır və iz qoymadan yuyulur, hətta şüşənin üzərində belə

- Köpüklü formulası ilə kirləri əhatəyə alır və onları səthdən qopararaq cızıqsız və asan təmizləmə təmin edir

- Yuyulduğu zaman ikili formulası ilə avtomobili dolğun karnauba mumu ilə örtür və gücləndirilmiş qoruma və parlaqlıq bəxş edir

İstifadə qaydası:

1. Avtomobilin damından başlayaraq və aşağı istiqamət götürərək kir və ləkələri su axını ilə yuyun

2. Vedrəyə 1 qapaq Zip & Wax əlavə edin və üzərinə sərt axınla su tökərək köpükləndirin

3. Mikrofiber dəsmalına köpük alaraq avtomobili yuxarıdan aşağı şampunlayın. Damdan başlayaraq, kapot və baqajnik, daha sonra yan tərəflər və ən sonda aşağı hissələrə keçərək kir və ləkələri şampunla aparın.

3. Mikrofiber dəsmalına köpük alaraq avtomobili yuxarıdan aşağı şampunlayın. Damdan başlayaraq, kapot və baqajnik, daha sonra yan tərəflər və ən sonda aşağı hissələrə keçərək kir və ləkələri şampunla aparın.

4. Avtomobili bol su ilə yaxalayın

5. Təmiz və şəffaf parlaqlıq üçün dəsmal ilə qurudun.

İstifadə tövsiyələri:

Birbaşa gün işığında və ya isti səthlərdə istifadə etməyin. Köpüyün qurumasına imkan verməyin, ehtiyac varsa su ilə yuyun. Avtomobilin üst hissəsindən başlayın və aşağıya doğru təmizləyin.

Zip Wax
Zip Wax