
Carnauba Car Wax
20.00 AZN
Объём: 500 ml
Daha parıltılı və daha uzun müddətli Showroom-sayağı parlaqlıq. Təbiətin ən yaxşısı ilə son texnologiyanı özündə birləşdirir. Görkəmli davamlılığı və dərin parıltısına görə mükafatlandırılan Braziliya Carnauba mumundan istifadə olunub. Tərkibindəki nano-texnologiya silikonları avtomobilin boyasına hoparaq uzun müddət davam edən bir nəticə bəxş edir. Məsləhət: Boyanın üzərində dairəvi izlər və ya cızıqlar varsa, ilk olaraq Turtle Wax Rubbing compound məhsulundan istifadə edin. İstifadə qaydası: - 1. Boyanın təmiz və quru olduğundan əmin olun, qabı yaxşıca çalxalayın. - 2. Hər dəfə bir paneldə işləyərək, təmiz bir parça üzərinə məhsuldan tökün və dairəvi hərəkətlərlə səthin üzərinə tətbiq edin. - 3. Quruyub mat hala gələnə qədər gözləyin, sonra təmiz yumşaq bir dəsmal istifadə edərək silin. - 4. Parlaqlıq üçün yüngülcə sürtün. Birbaşa günəş şüaları altında və ya isti boya işlərində məhsulun istifadəsi çətinləşəcəkdir. Zədələnmiş lak örtüyü üzərində istifadə etməyin.
